Arqument
Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
- Website
- arqument.org · all feeds from this site
- Feed URL
https://arqument.org/rss.xml
Read it in your FeedListing reader
Or add to: Feedly Inoreader Raw feed
Latest posts
-
Həbsdəki Sevinc Vaqifqızı BBC-yə həbsxanadan necə yazdıqlarını danışıb
“Abzas Media”nın həbsdəki baş redaktoru məktubunda deyir ki, yazılarından sonra qadın məhbuslara illərdir verilməyən gigiyena vasitələri çatdırılıb, Ülvi Həsənlinin korpusunda isə işgəncələr dayanıb.
-
Dünya birjalarında ağır həftə: “Nasdaq” indeksi 12 faizə yaxın ucuzlaşıb, “Brent” nefti isə 92 dolları keçib
Satışlar Avropa və Asiya bazarlarına da yayılıb; Yaponiyanın “Nikkei 225” indeksi təkcə cümə günü 5 faizdən çox düşüb.
-
Rusiyanın Krivoy Roqa raket zərbəsində 7 yaşlı uşaq da daxil iki nəfərin öldüyü bildirilir
Rusiya Müdafiə Nazirliyi gecə Krivoy Roq istilik elektrik stansiyasını vurduğunu açıqlayıb, Ukrayna dronları isə eyni gecə Leninqrad vilayətinə hücum edib.
-
Hörmüz boğazında bir həftədə altı tankerə hücum edilib, gəmi trafiki müharibədən əvvəlkindən 65 faiz azdır
ABŞ maliyyə naziri Skott Bessent isə dənizdə İran nefti daşıyan bir dənə də tanker qalmadığını və dünyanın bu neft olmadan keçinə bildiyini deyib.
-
Danimarka Rusiyanı ukraynalı reperə sui-qəsd planlaşdırmaqda ittiham edərək Rusiya hərbi attaşesini ölkədən çıxarır
Danimarka kəşfiyyatına görə, Kopenhagen yaxınlığında konsertə beş dəqiqə qalmış saxlanılan üç nəfərin avtomobilində odlu silah və bıçaqlar tapılıb, Moskva isə heç bir sübut təqdim edilmədiyini deyir.
-
Zelenski Trampın “dostum” deyə salamladığı Putin barədə: bizim üçün o, qatildir
Ukrayna prezidenti CNN-ə deyib ki, Rusiya döyüş meydanında uğur qazana bilmədiyi üçün mülki insanları və infrastrukturu hədəfə alır, Putin isə kifayət qədər təzyiq hiss etmir.
-
İranın xarici işlər naziri: 60 faizlik zənginləşdirilmiş uran ölkədən çıxarılmayacaq
Abbas Əraqçi uran ehtiyatları barədə danışıqlara hazır olduqlarını, amma ABŞ-nin öz qələbəsi kimi təqdim edə biləcəyi güzəştə getməyəcəklərini deyib.
-
Kiprin şimalında 27 nəfərin öldüyü gəmi qəzası işində üç azərbaycanlı da daxil 9 nəfər qəsdən adam öldürmədə ittiham olunur
Ekspertiza gəminin təmirində uyğunsuz materiallardan istifadə edildiyini və su keçirməyən qapıların açıq qaldığını müəyyən edib.
-
Azərbaycan BMT-nin elektron hökumət indeksində 36 pillə qalxaraq 38-ci yerə çıxıb
Ölkə ilk dəfə indeksin ən yüksək qrupuna - “çox yüksək elektron hökumət inkişafı” kateqoriyasına daxil edilib.
-
Tramp: Putin bir gün çəkməli olan, amma beş ildir davam edən müharibəyə ilişib qalıb
ABŞ prezidenti Ukraynaya təhlükəsizlik zəmanətlərini sülh sazişi bağlanmayınca müzakirə etmək istəmədiyini də deyib.
-
İran Keşikçilər Korpusu Omanın Xasab limanı yaxınlığında daha bir tankerin minaya düşüb yandığını deyir
SEPAH tankerin ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından “icazəsiz marşrutla” keçməyə çalışdığını iddia edir, gəminin adı və ekipajın taleyi açıqlanmayıb.
-
Tramp Çin səfərindən sonra: İran razılaşma istəyir, amma şərtlərimizi qəbul etmir
ABŞ prezidenti yanacağın ucuzlaşmasını İranla məsələnin həllinə bağlayıb, həmin axşam İran mediası Qəşm adası yaxınlığına ABŞ və İsrailin atdığı raketin düşdüyünü iddia edib.
-
“Financial Times”: Tramp Kiyevin Rusiya ilə sülh sazişini yanvaradək bağlamasını istəyir
Qəzetin mənbələrinə görə, Ağ Ev razılaşmanı ABŞ Konqresinə nəzarət demokratlara keçməmiş əldə etmək istəyir, Avropa rəsmiləri isə Ukraynadan böyük güzəştlər tələb olunacağından narahatdır.
-
“Sabah” səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub edərək Premyer Liqaya liderlik edir
Hesab 1:1 olanda ev sahiblərindən Lukas Blekin meydandan qovulması oyunun gedişini dəyişib, “Sabah” xallarını 24-ə çatdırıb.
-
Polisin onu döydüyünü deyən kuryer şikayəti yayılandan bir gün sonra 30 sutka həbs olunub
Məhəmməd Məmmədxanov Xətai Rayon Məhkəməsində xuliqanlıq ittihamı ilə inzibati həbs alıb; o, şikayətini silmək üçün ona 500 manat təklif edildiyini demişdi.
-
Əli Kərimlinin məhkəməsində iki şahid çevriliş niyyətini təkzib edib, Rauf Arifoğlu isə əleyhinə ifadə verib
Qapalı keçən iclasda Kərimli “Yeni Müsavat”ın baş redaktorunu “üzəduran” adlandırıb, vəkillər isə ondan niyə 13 il susduğunu soruşub.
-
Bakı metrosunun Qırmızı xəttində texniki xəta qatarları gecikdirib, “İçərişəhər”də sıxlıq yaranıb
Metropolitenin açıqlamasına görə, nasazlıq hərəkəti tənzimləyən qurğuda olub və 5 dəqiqəyə aradan qaldırılıb, Yaşıl və Bənövşəyi xətlər normal işləyib.
-
Moskvada miqrantlar üçün iş patenti 2027-ci ildə aylıq 11 min rubla qədər bahalaşa bilər
Şəxsi evlərdə çalışan əcnəbilər üçün patent isə aylıq 15,6 min rubla qalxacaq; layihəni şəhər meri Sergey Sobyanin Moskva Şəhər Dumasına təqdim edib.
-
DTX: İŞİD-in “Xorasan Vilayəti” qrupuna qoşulan iki Azərbaycan vətəndaşı xaricdən gətirilərək həbs edilib
Xidmətin açıqlamasına görə, onlardan biri 2025-ci ilin noyabrında xaricə gedib dağlıq ərazidəki mağara düşərgəsində hərbi təlim keçib.
-
İran tankerlərini ABŞ blokadasından keçirməyə hazırlaşdığını işarə edir, hücum olarsa Körfəz neftini hədəf alacağını deyir
İran xarici işlər naziri Abbas Əraqçi “blokada qırılmalıdır” deyib, izləmə şirkəti TankerTrackers isə İranın yenidən neft yükləməyə başladığını bildirib.